“Zirə”nin azərbaycanlı legionerini Azərbaycana bağlayan kimdir? – “Sportinfo”ya açıqladı

14 Mart 2023 16:40 Zirə 1 312
“Zirə”nin azərbaycanlı legionerini Azərbaycana bağlayan kimdir? – “Sportinfo”ya açıqladı

“Zirə”nin Ukraynadan dəvət etdiyi Eldar Quliyev yeni komandasına kömək etməyə başlayıb.

“KəpəZ”lə görüşə qədər əsasən əvəzetmədən meydana daxil olan yarımmüdafiəçi Gəncə təmsilçisi ilə görüşdə əsas heyətdə şans qazanmışdı.

İlk dəfə Sortinfo.az-ın suallarını cavablandıran 20 yaşlı futbolçu Azərbaycanla bağlılığına aydınlıq gətirib:

“Əslən azərbaycanlıyam. Babam, atamın atası Füzuli rayonundandır. O, vaxtilə Füzuli rayonunda anadan olub.

Atam isə Ukrayna vətəndaşıdır. O, Kiyevdə dünyaya gəlib. Mən də həmçinin”.

Eldar Quliyev 18 yaşında debüt etdiyi Ukrayna Premyer Liqasında “Mariupol” və “Minay”ın formasını geyinməklə 41 oyunda 1 qola imza atıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i