Qəsəbə klubu yeni transferinin yolunu hələ xeyli gözləyəcək

6 Fevral 02:40 Zirə 561
Qəsəbə klubu yeni transferinin yolunu hələ xeyli gözləyəcək

“Zirə” qış fasiləsində “Dinamo”dan (Kiyev) transfer etdiyi Vladislav Kulaçın xidmətindən məhrum qalıb.

Sportinfo.az xəbər verir ki, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov açıqlayıb.

Onun sözlərinə görə, yenidən zədələnən ukraynalı hücumçunun debütü yubanacaq. Mütəxəssis 30 yaşlı forvardın təxminən bir ay və ya ayyarım sonra komandaya qoşulacağını deyib.

Vladislav Kulaç “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Mart 10:40 Bir az az, bir az çox