Rəşad Sadıqova görə pulundan keçdi – İLYARIMLIQ ANLAŞMA

27 Yanvar 2023 11:40 Zirə 1 773
Rəşad Sadıqova görə pulundan keçdi – İLYARIMLIQ ANLAŞMA

Viladislav Kulaçı düşərgəsinə gətirən "Zirə"nin Donald Geryeni Azərbaycana qaytaracağı dəqiqləşib.

"Olimpiakos"un formasını geyinən cinah müdafiəçisi artıq Yunanıstandan ayrılıb.

Haitili legioner "qartallar"ın sıralarına qoşulmaq üçün Nikosiya klubunun razılığını alıb. Tərəflər qarşılıqlı anlaşma yolu ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə vaxtından əvvəl xitam verib.

Vaxtilə "Qarabağ" və "Neftçi"ın şərəfini qorumuş Haiti yığmasının üzvü qəsəbə təmsilçisi ilə ilyarımlıq kontrakt bağlayacaq.

O. ilk 6 ayda 7000-8000 dollar civarında maaş alacaq. Növbəti mövsümdə isə əməkhaqqısı bir qədər də artırılacaq.

Əslində, Geryenin maddi tələbləri daha yüksəkdir. «Qarabağ»la ölkə çempionu olmuş əcnəbi sırf Rəşavd Sadıqova simpatiyasından dolayı «Zirə»yə güzəştə gedib.

Hər halda «Qarabağ»da komanda yoldaşı olublar və şəxsi münasibətləri yaxşıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?