Rəşad Sadıqov nişan verdi - “Zirə”ni kimlər “vurur”?

10:40 Zirə 73
Rəşad Sadıqov nişan verdi - “Zirə”ni kimlər “vurur”?

«Zirə» Yevlaxa 3 xal arxasınca yollanmışdı. 71-ci dəqiqəyə kimi 2:0 öndə idilər.

Beş dəqiqə içində qapılarına təyin olunan iki penalti ilə səfərdən 1 xalla döndülər.

Cavid Cəlilov birində VAR kamerasına baxdı, digərində yox. Rəşad Sadıqov hakim qərarlarına etiraz etməməsinin səbəbini bu cür açıqladı:

"Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Oyunlarda elə məqamlar olur ki... Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik".

Artıq hər şey aydındır. «Bizimlə bağlı qəribə hadisələr baş verir» cümləsinin arxasından, yan-yörəsindən o qədər həqiqət boylanır ki…

Rəşad Sadıqov birbaşa işarə edir ki, «Zirə»yə qarşı kampaniya aparılır və bütün bu proses bir mərkəzdən idarə olunur.

Demək istəyir ki, bəli, mən bunu başa düşür və görürəm, sadəcə, səsimi çıxarıb cəzalanmaq istəmirəm. Haqlı ikən, haqsız duruma düşməkdən ehtiyat edir o.

Çünki Cavid Cəlilovun xüsusi tapşırıqla Yevlaxa gəlməsi qənaətindədir. Doğrudan da, «Zirə»nin qapısına verilən ilk penalti izlədikdə, əmin olursan ki, bu işin içində nəsə var, təsadüf deyil.

Yerdən qalxan topun Qismət Alıyevin əlini tapmasına görə «onbir metrə»ni göstərən hakimin ədalətinə inanmağa dəyməz.

Həmin anda top birinci «İmişli»nin hücumçusunun əlinə toxunmuşdu, sonra «Zirə»nin kapitanının.

VAR otağında əyləşənlər, VAR kamerasına baxan Cəlilov bunu görmədi yəni? Demək ki, belə lazım imiş!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 18:10 Çək və bizə göndər!