Rəşad Sadıqov səmimi dedi: "Belə olacağını gözləmirdim"

22 May 2022 02:00 Zirə 941
Rəşad Sadıqov səmimi dedi: "Belə olacağını gözləmirdim"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının mükafatlandırma mərasimindən əvvəl "CBC Sport" kanalına açıqlama verib.

SportİNFO.az xəbər verir ki, 39 yaşlı mütəxəssis hədəflərinə çatdıqlarını bildirib:

"Mövsümü uğurlu dəyərləndirirəm. Ən çox istədiyim "3-lüy"ə düşmək idi. Bu haqda çox danışmırdım.

Qarşımıza Konfrans Liqasına düşmək hədəfi qoymuşduq. Şükürlər olsun ki, 3-cü yeri tuta bildik. Rəhbərliyi, azarkeşləri, komandamızı təbrik edirəm.

Mövsümün əvvəlində hamı çempionluq uğrunda gərgin mübarizə gözləyirdi. Artıq yayda "Qarabağ"ın futbolçularının verdiyi açıqlamalardan görünürdü ki, iddialıdırlar.

Sona 4-5 tur qalmış qızıl medalları təmin etdilər. "Qarabağ"ın belə erkən çempion olacağını gözləmirdim".

Digər Xəbərlər
Xəbər Lenti