"Zirə"dən ilk - FOTOLAR

13 Sentyabr 2021 09:00 Zirə 467
"Zirə"dən ilk - FOTOLAR

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində hər iki qolu ikinci hissədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 64 və 72-ci dəqiqələrdə fərqlənib.

28-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Rəqibin müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirən Anatole Abanq birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeni mövsümdə ilk qələbəsini qazanan "Zirə" xallarının sayını 4-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə "Sabah"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"