"Zirə"nin planlarında yeni nə var?

20 İyul 2021 14:00 Zirə 647
"Zirə"nin planlarında yeni nə var?

«Zirə» yeni mövsümün hazırlıqlarını, böyük ehtimalla, Bakıda başa vuracaq.

Futbolçularından biri koronavirusa yoluxduğu üçün Türkiyə səfərini son anda təxirə salan «qartallar» iyulun 31-dək paytaxtdan kənara çıxmayacaq.

Qəsəbə təmsilçisi bundan 1 gün əvvəl «Qəbələ» ilə ikinci dəfə yoxlama görüşündə üz-üzə gələcək.

Tərəflərin ilk qarşılaşmasının 3:0 hesabıyla «Zirə»nin xeyrinə başa çatmasını bir daha xatırladaq.

«Qartallar» o arada növbəti kərə test verəcək. Əgər kollektivin heç bir üzvündə yeni yoluxma halı aşkarlanmasa, 10 günlük Türkiyə səfəri yenidən gündəmə gələ bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti