"Zirə" "salam, Avropa" deməyə çox yaxındır - FOTOLAR

16 May 2021 09:20 Zirə 1 604
"Zirə" "salam, Avropa" deməyə çox yaxındır - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Zirə" isə evdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanıb.

58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.

"Zirə" 38 xalla 3-cü pilləyə yüksəlib. 36 xalı olan "Sumqayıt" isə 4-cü sıraya geriləyib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti