"Zirə" hücumçusuna jest etdi - 3 illik müqavilə  qüvvəyə minir

27 Fevral 2021 13:00 Zirə 1 112
"Zirə" hücumçusuna jest etdi - 3 illik müqavilə  qüvvəyə minir

"Zirə" yaxınlarda ağır zədə alan Filipe Paxtmanla bağlı atacağı addımı müəyyənləşdirib.

Qəsəbə təmsilçisi "Karpatı"dan 6 aylıq icarəyə götürdüyü braziliyalı hücumçu ilə müqavilənin ikinci hissəsindən imtina etməyib.

Bu isə o deməkdir ki, o, zədəsinin nə qədər çəkməsindən asılı olmayaraq, əvvəlcədən nəzərdə tutulduğu kimi, daha 3 il «qartallar»ın formasnı geyinəcək.

Başqa sözlə, «Zirə» travma ilə üzləşən legionerini yarıyolda tək buraxmaq istəməyib. Paxtmanın gənc və perspektiv vəd etməsini, eyni zamanda, məşq prosesində xəsarət almasını nəzərə alan komanda rəhbərliyi bu qərarı verib.

Cənubi amerikalı tibbi müəyinədən keçmək üçün bugünlərdə Türkiyənin İstanbul şəhərinə yollanıb.

21 yaşlı forvardın son durumuna məhz oradakı müayinədən sonra aydınlıq gəlib. Sağ dizindən xəsarət alan gənc futbolçunun əməliyyat olunacağı istisna edilmirdi. Və yekun diaqnoz bunu təsdiqləyib.

Cənubi amerikalı legioner yaxın günlərdə cərrah masasına qalxacaq. Ya Türkiyənin özündə əməliyyat olunacaq, ya da bunun üçün vətəninə yola düşəcək.

Artıq bu da dəqiqləşib ki, Paxtman qarşıdakı 6 ayda futbol oynamayacaq. O, sentybrdan tez məşqlərə başlamayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"