Braziliyalı hücumçunu Premyer Liqanın daha bir klubu istəyir

8 İyul 2024 14:00 Zirə 2 913
Braziliyalı hücumçunu Premyer Liqanın daha bir klubu istəyir

«Zirə» yeni transfer hədəfini müəyyəeləşdirib. Avropa Liqasında mübarizə aparacaq «qartallar» Luis Paçunu maraq dairəsinə alıb. Qartallar «Turan Tovuz»dan ayrılması gündəmə gələn braziliyalı hücumçu ilə danışıqlara başlayıb. «Sambaçı»nın özü də bu təklifi xoş qarşılayıb. İndi hər şey iki klub arasında danışıqların necə nəticələnməsindən asılıdır.
Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev cənubi amerikalı leginerdən əlini çəkib. 72 yaşlı çalışdırıcı Paçunun onun taktiki baxışlarına uyğun gəlmədiyi qənaətindədir.
«Zirə»dən əvvəl «Kəpəz» də braziliyalı forvarda «qırmaq» atıb. Gəl ki, Paçu bölgədə yaşamaq istəmədiyini deyərək, icarə əsasında «sarı-qırmızılar»ın formasını geyinməkdən imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti