“Zirə”də Rəşad Sadıqovun sevincinə "100" qatan - FOTO

22 Yanvar 21:00 Zirə 496
“Zirə”də Rəşad Sadıqovun sevincinə "100" qatan -  FOTO

“Zirə” Azərbaycan Premyer Liqasında keçirdiyi ev oyunlarında 100-cü qola imza atıb.

Sportinfo.az klubun saytına istinadən məlumat verir ki, bu, XIV turun “Qəbələ” ilə qarşılaşmasına təsadüf edib.

2:0 hesabı ilə başa çatan qarşılaşmada “qartallar”ın ikinci qoluna imza atan Davit Volkov yubiley qolunun müəllifi olub.

“Zirə” bunadək öz meydanında keçirdiyi 76 oyunda 98 qol vurmuşdu. 100-ə 77-ci matçda çatan komandamızın orta məhsuldarlığı 1,30-a bərabərdir.

Rəşad Sadıqovun çalışdırdığı “qartallar”ın evdəki 1-ci qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci avqustun 9-da AZAL-la ev görüşündəki yeganə topun müəllifi olub.

“Zirə”nin öz meydanındakı 50-ci qolu isə 2017-ci il oktyabrın 14-nə təsadüf edib. “Kəpəz” üzərində 3:0 hesablı qələbədə ikinci qola imza atan Təmkin Xəlilzadə yubiley topunun müəllifi olub.

Xəbər Lenti