“Aura” Azərbaycan I liqasına uğursuz start verdi

2 Fevral 2020 00:14 Voleybol 1 279
“Aura” Azərbaycan I liqasına uğursuz start verdi

Qadın voleybolçular arasında Azərbaycan I liqasına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçirən birincilikdə 9 klub mübarizəyə qoşulub.

Mükafatlar uğrunda birinciliyin açılış matçında “Azərreyl-2” və “Abşeron” üz-üzə gəlib. “Abşeron” asan qələbəyə sevinib. Ardınca “Aura” “Azəri”yə, “Azərreyl-1” “Sərhədçi”yə, “Baku Flames” “Loqist” MMG-yə uduzub.

“Abşeron” - “Azərreyl-2” – 3:0 (25:9, 25:8, 25:9)

“Aura” – “Azəri” - 0:3 (13:25, 14:25, 18:25)

“Azərreyl-1” – “Sərhədçi” - 0:3 (18:25, 25:27, 18:25)

“Loqist” MMG – “Baku Flames” - 3:0 (25:13, 25:11, 25:20)

Xəbər Lenti