COP29

Millimizin toppaylayanı: "Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq"

15 May 02:40 Voleybol 851
Millimizin toppaylayanı: "Əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq"

"Biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq".

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın üzvü Roman Qurskiy deyib.

Yığmamızın toppaylayıcısı Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

"Mayın 17-də mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq.

Birinci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardır.

Qarşılaşmalar çətin olacaq. Bu il yığma komandamızda gənc oyunçular da çoxdur.

Əsas voleybolçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq".

Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək. Mayın 19-da isə yığmamız Ukrayna ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!