Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb

04:50 Voleybol 72
Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AVF-dən məlumat verilib.

O, 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sözügedən yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM