Qızlardan ibarət U-20 millisi İzmirdə hazırlaşacaq

04:40 Voleybol 89
Qızlardan ibarət U-20 millisi İzmirdə hazırlaşacaq

Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Avropa çempionatının I təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək milli hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb.

Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!