“Neftçi”dən sonra "Roma"ya?

17 Sentyabr 2020 19:10 Türkiyə 934
“Neftçi”dən sonra "Roma"ya?

Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Neftçi” ilə Bakıda üz-üzə gələcək “Qalatasaray” matçdan sonra müdafiəçisi Markao ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb mərkəz müdafiəçisinin “Roma”nın maraq dairəsində olmasıdır.

İtaliya klubu braziliyalı üçün 12 milyon avro təklif etsə də, tərəflər ortaq məxrəcə gəlməyib. Çünki İstanbul nəhəngi 24 yaşlı futbolçu müqabilində 16 milyon avro tələb edib.

Hazırda klublar arasında danışıqlar davam edir. “Roma” məbləğdə artıma razılıq versə, “cim-bom” Türkiyəyə qayıtdıqdan sonra bu keçid reallaşa bilər.

Markao Teyşeyra ötən ildən “Qalatasaray”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO