Qurban Qurbanovdan sonra 3 baş məşqçi ilə danışıqlar gedir

31 İyul 2020 14:50 Türkiyə 856
Qurban Qurbanovdan sonra 3 baş məşqçi ilə danışıqlar gedir

Qurban Qurbanovu baş məşqçi postuna dəvət etsə də, yox cavabı alan "Hatayspor" hazırda 3 mütəxəssislə danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəsmisi Ehtem Sunar məlumat verib.

Super Liqaya vəsiqə qazanan klubun rəsmisi danışıqlar apardıqları mütəxəssislərin adlarını açıqlayıb: "Ömer Erdoğanla danışıqlar davam edir. Hələ anlaşmamışıq. Bundan başqa Bayram Bektaş və Robert Prosineçki ilə də təmaslarımız var".

Prosineçki 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb. Bosniyalı mütəxəsis 2019-cu ildən "Kayserispor"a başçılıq edir. Kayseri təmsilçisi Super Liqanı 17-ci pillədə başa vursa da, komanda sayı artırıldığından aşağı liqaya düşməyib.

Digər Xəbərlər
Xəbər Lenti