"Qalatasaray"dan ayrılmağı düşünmürəm" - Radamel Falkao

25 Aprel 2020 17:45 Türkiyə 393
"Qalatasaray"dan ayrılmağı düşünmürəm" - Radamel Falkao

"Qalatasaray"ın futbolçusu Radamel Falkao komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu İstanbul klubunda xoşbəxt olduğunu deyib:

"Qalatasaray"dan ayrılmağı düşünmürəm. Burada hədəflərim var. Ailəm də İstanbulda olmaqdan məmnundur. Çin və Qətərdən gələn təkliflərlə maraqlanmıram. Əgər seçimim daha çox pul qazanmaq olasydı, "Monako"dan birbaşa bu ölkələr gedərdim".

34 yaşlı hücumçu Kolumbiya millisi ilə DÇ-2022-də çıxış etmək arzusunda olduğunu sözlərinə əlavə edib. Falkao bu mövsüm "sarı-qırmızılar"da 14 oyunda 9 qol vurub, 1 assist edib. Təcrübəli futbolçunun "Qalatasaray"la 2 illik sözləşməsi qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"