“Neftçi”nin tanınmış yerlisi onlardan 10 min aldı, 300 manata razılaşdı

09:40 Region Liqası 238
“Neftçi”nin tanınmış yerlisi onlardan 10 min aldı, 300 manata razılaşdı

Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev II Liqanı tərk edib.

«Şəki Siti» ilə vidalaşan orta sahə oyunçusu «Zəngəzur» ilə 4 aylıq müqavilə imzalayıb.

Razılaşmaya əsasən, o, burada meydana çıxdığı hər oyuna görə 300 manat alacaq.

C.İmamverdiyev 65 qolla II Liqanın ən yaxşı bombardiridir. 35 yaşlı qolçu 3 il bu çempionatda çıxış edib.

Ötən müddət ərzində «Kür-Araz», «Quba» və «Şəki Siti»nin formasını geyinib. Sonuncuların heyətində cari mövsümün geridə qalan 14 turu ərzində 16 qola imza atıb.

Cavid bu sezon II Liqanın ən ödənişli oyunçusu kimi tarixə düşüb. «Şəki» ona 10 min manat «podyomnı» verib. Aylıq maaş olaraq isə onlardan 1000 manat alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 18:10 Çək və bizə göndər!