“Mənim dediklərimi təhqir sayırlar?” - 10 oyunluq cəzalandırılan prezident

08:50 Region Liqası 151
“Mənim dediklərimi təhqir sayırlar?” - 10 oyunluq cəzalandırılan prezident

Region Liqasında çıxış edən "VT Gəncə"nin prezidenti Hacı Əzimov AFFA İntizam Komitəsinin qərarı ilə razı deyil.

Sportinfo.az xəbər verir ki, funksioner bu barədə "report"a açıqlama verib.

O, "Xocalı" ilə matçda referiləri və milli assosiasiyanı təhqir etmədiyini bildirib:

"Mən AFFA-nı və hakimləri təhqir etməmişəm. Sadəcə, hakimə demişəm ki, AFFA sizin kimi savadsız hakimləri oyuna göndərəndə belə olur.

Kiməsə savadsız demək təhqir sayılmır. Heç kimi təhqir etməmişəm, söyüş də söyməmişəm".

H.Əzimov sözügedən qarşılaşmaya yollananda səhvən başqa rəngdə forma götürdüklərini sözlərinə əlavə edib:

"Bundan Bakıya çatanda xəbərimiz oldu. Geriyə qayıda da bilmədik. 15-16 yaşlı futbolçularla meydana çıxırıq.

Nömrəsiz 10 forma tapdıq. Hakim razılaşmadı. Sonra bunu da aradan qaldırdıq. Ardınca corabların və şortun sarı olduğunu dedilər, rəqibdə də eyni rəngdə idi.

Oyundankənar vəziyyətdə çətinlik çəkəcəklərini söylədilər. Mənim dediklərimi təhqir sayırlar? Qərardan şikayət edəcəyik.

Biz 4 matçda hakim idarəçiliyinin "qurbanı" olmuşuq. Bununla bağlı da şikayət etmişəm.

Hətta Region Liqasında "lipa" olduğunu da söyləmişəm. Baxan yoxdur. Amma bizim bir sözümüzü təhqir hesab edirlər".

AFFA İntizam Komitəsi "Xocalı" ilə oyunda AFFA-nı və hakimləri təhqir etdiyini əsas gətirərək Hacı Əzimovu 10 oyunluq cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Yanvar 18:10 Çək və bizə göndər!
15 Yanvar 09:40 "Qarabağ"dan YENİLİK