“Barselona”nın müdafiəçisi sabiq klubuna qayıdacaq?

29 Avqust 2023 10:00 İspaniya 1 268
“Barselona”nın müdafiəçisi sabiq klubuna qayıdacaq?

“Barselona”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Sevilya”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Lanqle icarə əsasında “Sevilya”ya keçə bilər, çünki onun tam transferi mümkün deyil.

Futbolçunun keçmiş klubuna qayıtmağa hazır olduğu, “Sevilya”nın müdafiədə problem yaşadığı qeyd edilir.

Lanqle 2018-ci ildə “Sevilya”dan “Barselona”ya keçib. Onun katalonlarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Ümumilikdə o, İspaniya klubunda 73 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada