Türkiyənin ünlü futbol adamından Bakı ilə bağlı…

19 Fevral 2020 23:00 Türkiyə 842
Türkiyənin ünlü futbol adamından Bakı ilə bağlı…

"Avropa çempionatındakı qrupumuz çox mürəkkəbdir. Amma biz məmnunnuq.

İtaliyaya qarşı ilk oyun motivasiya üçün yaxşı olacaq. Çünki hər kəs bu matçı izləyəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop "Noticiasaominuto" nəşrinə geniş müsahibəsində "ay-ulduzlular"ın AVRO-2020-dəki şansları barədə danışarkən deyib.

38 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, İtaliya ilə görüşdə qalib gəlsələr və ya heç-heçə etsələr, əla olacaq: "Sonra bizə öz ölkəmiz kimi olan Azərbaycanın paytaxtı Bakıda iki qarşılaşma keçirəcəyik.

Stadionda çoxlu sayda türk azarkeşimiz olacaq. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Yaxşı oyunçulardan ibarət gənc komandamız mövcuddur. Bu çempionat komandanın gələcəyi üçün yaxşı bir təcrübə olacaq".

Ölkəsində "Qalatasaray", Almaniyada "Bavariya", İspaniyada isə "Real Madrid"in formasını geyinmiş sabiq oyunçu yığmanın çempionatda nəyə qadir ola biləcəyi barədə suala da cavab verib:

"İlk oyunun necə getdiyini görmək lazımdır. Bu matçlarda bir az şansa da ehtiyacımız var. Təsnifat mərhələsində dünya çempionu olan Fransanı məğlub etdik. Yaxşı gündə istənilən rəqibi məğlub edə bilərik".

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu