Çempionatda yaş və legioner limiti qaydaları dəyişdi

19 Aprel 12:00 Türkiyə 424
Çempionatda yaş və legioner limiti qaydaları dəyişdi

Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsümdə Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, 2025/2026 mövsümündən klublar sifariş ərizəsinə 14 əcnəbi futbolçu daxil edə biləcəklər.

Əvvəlki illərdən fərqli olaraq TFF bu dəfə yaş limiti tətbiq edib.

Qaydaya görə, ilk mövsümdə 14 futbolçudan ikisinin yaşı 01.01.2003 tarixindən daha gənc olmalıdır. Bu rəqəm 2026/2027 mövsümündən 4-ə yüksələcək.

Hazırda da Super Liqada əcnəbi oyunçu 14-ə bərabərdir. Sadəcə klublar bunlardan 12-ni oyun heyətinə cəlb etmək hüququna malikdilər.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!