COP29

Ərəblərin 150 milyon avroluq təklifindən imtina etdi - Mourinyo

4 Noyabr 18:40 Türkiyə 855
Ərəblərin 150 milyon avroluq təklifindən imtina etdi - Mourinyo

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun yaxın dostu və meneceri Covanni Bekali portuqaliyalı çalışdırıcının İstanbul klubuna görə 150 milyon avroluq təklifi rədd etdiyini iddia edib.

Super Liqada səfərdə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən “Fənərbaxça” lider “Qalatasaray”la aradakı xal fərqini 5-ə endirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra VAR hakimləri ilə bağlı sərt açıqlamalar verən Mourinyo “Fənərbaxça” rəhbərliyini də qınayıb:

“Qarşılaşdığım mənzərə çox pisdir. Hər şeyi bilsəydim, bura gəlməzdim”.

Bu sözlərdən sonra Rumıniya futbolunun məşhur menecerlərindən biri və Mourinyonun yaxın dostu Bekali ölkəsinin mətbuatına portuqaliyalı çalışdırıcı haqqında təəccüblü açıqlamalar verib:

“Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn 150 milyon avroluq, üç illik müqaviləni rədd edərək “Fənərbaxça”ya getdi. Aramko – dünyanın ən zəngin neft şirkəti! Dünyanın ən məşhur və ən zəngin adamı. Onlar bu çılğın rəqəmi təklifi etmişdilər”.

Digər Xəbərlər
Xəbər Lenti