COP29

“Qalatasaray” 10 milyon avro tələb edir - Müdafiəçisi üçün

6 Avqust 12:00 Türkiyə 899
“Qalatasaray” 10 milyon avro tələb edir - Müdafiəçisi üçün

“Qalatasaray”ın müdafiəçisi Derrik Köhn “Spartak”a keçə bilər.

Sportinfo.az “Transfer Web”-ə istinadən xəbər verir ki, Türkiyə klubu almaniyalı futbolçu üçün “Spartak”dan 10 milyon avro tələb edir.

Daha əvvəl mətbuatda Moskva klubunun Köhn üçün “Qalatasaray”a 8 milyon avro təklif etdiyi barədə məlumat yayılıb.

25 yaşlı futbolçu 2023/24 mövsümündə bütün yarışlarda 36 matçda iştirak edib, 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun “Qalatasaray”la müqaviləsi 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti