COP29

“Bunu deyən klub rəhbəri yenidən namizədliyini irəli sürürsə...”

14 May 09:40 Türkiyə 479
“Bunu deyən klub rəhbəri yenidən namizədliyini irəli sürürsə...”

Ali Koçun “Fənərbağça” prezidentliyinə yenidən namizəd olacağını açıqlaması müzakirələrə səbəb olub.

O, daha öncə bu posta namizəd olmayayacağını açıqlamış və iş adamı Sadettin Saran İstanbul klubunun prezidentliyinə namizədliyini irəli sürmüşdü.

Buna baxmayaraq, Ali Koç sürpriz şəkildə qərarını dəyişərək növbəti dəfə “Fənərbağça”nın prezidenti olmaq üçün namizəd olduğunu elan etdi.

Bunun ardınca isə Sadettin Saran namizədliyini geri çəkərək Ali Koçu dəstəkləyəcəyini açıqladı.

Maraqlıdır, Ali Koç nə üçün fikrindən daşınıb?

Mövzu ilə bağlı “Sportinfo TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebhe.info”-ya açıqlamasında bildirib ki, Ali Koç prezident olduğu müddətcə “Fənərbağça”nın çempionluğunun sual altında qalacağını bəyan etmişdi:

“Bunu deyən klub rəhbəri yenidən namizədliyini irəli sürürsə, burada artıq suallar yaranır. O, iki ay bundan əvvəl ailəsinin təkidi ilə yenidən prezidentliyə namizəd olmamaq barədə qərar vermişdi. Amma ötən 1 ay ərzində baş verən proseslər fonunda onun fikrini dəyişdiyi görünür”.

Ekspert onu diqqətə çatdırıb ki, Sadettin Saranın Ali Koçun namizəd olacağı təqdirdə geri çəkiləcəyi gözlənilən idi:

“Sadettin Saran Ali Koça bağlı insandır və münasibətləri çox yaxşıdır. Nəticədə, gözləntilər özünü doğrultdu.

Ümumiyyətlə, Ali Koç “Fənərbağça”ya rəhbərlik etdiyi 6 ildə cəmi 1 dəfə Türkiyə kubokunu qazanıb. Məncə, Ali Koç çempionluq yaşamadan klubun başından getməyəcək. Çünki həm o, çox iddialı bir adamdır, həm də Koç ailəsinin gücü hər kəsə məlumdur”.

Elçin Cəfərov hesab edir ki, Ali Koç “Fənərbağça” tarixində uğursuz klub prezidenti kimi qalmaq istəmir:

“Həmçinin, klub rəhbərliyi də Ali Koç kimi bir adamın uğursuz prezident kimi tarixə keçməsinə razı olmadılar.

Ali Koç da uğursuz statistikanı dəyişdirmək üçün yenidən namizədliyini irəli sürdü. Hazırda ikinci namizəd yoxdur. Bəlkə də, Koç seçkilərə vahid namizəd kimi də qatıla bilər.

Ümumiyyətlə, Ali Koç yeni mövsümdə uğur qazana bilmək üçün çox böyük məbləğdə pullar xərcləyəcək. Hətta növbəti mövsüm “Fənərbağça”nı çempion etmək üçün sərvətinin yarısını belə xərcləyəcək.

Hazırkı futbolçuların 50-60 faizi ilə yollar ayrılacaq, baş məşqçi də dəyişəcək. Joze Mourinyonun belə baş məşqçi təyin olunması ilə bağlı danışıqlar gedir”.

Digər Xəbərlər
Xəbər Lenti