
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda Türkiyə Super Liqasının XXVII turunda "Ümraniyespor"un qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan Emreli 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Ümraniyespor" 17-ci pillədə qərarlaşıb. Konya təmsilçisi 35 xalla 8-ci sıradadır.