Qvardiolanın köməkçisi "Qalatasaray"ın baş məşqçisi olacaq?

11 Yanvar 2022 00:00 Türkiyə 695
Qvardiolanın köməkçisi "Qalatasaray"ın baş məşqçisi olacaq?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi Domenek Torren "Qalatasaray"ın sükanı arxasına keçə bilər.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 60 yaşlı ispaniyalı mütəxəssislə əlaqə saxlayıb.

Klub bu gün Fatih Terimlə yollarını ayırıb. "Sarı-qırmızılar"ın rəhbərliyi komandanı əcnəbiyə həvalə etmək niyyətindədir.

Rəhbərliyin bu posta ilk namizədi Okan Burukdur. Lakin idarəçilər arasında 49 yaşlı mütəxəssisin doğru seçim olub-olmadığına dair fikir ayrılıqları var.

"Sarı-qırmızılar"ın mövsümün sonunadək müvəqqəti baş məşqçi ilə də yola davam etmə ehtimalı mövcuddur. "Qalatasaray"ın yeni baş məşqçisinin qısa zaman ərzində dəqiqləşməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi