“Onun Messidən fərqi yoxdur”

13 Oktyabr 12:20 Türkiyə 594
“Onun Messidən fərqi yoxdur”

“Fatih Karagümrük”ün prezidenti Süleyman Hurma maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəsmisi komandanın üzvü Əmrə Moru argentinalı hücumçu Lionel Messiyə bənzədib:

“Mənə görə, Əmrənin Messidən fərqi yoxdur. Zədələr ona imkan vermədi ki, karyerası çox uğurlu alınsın. İstədiyi səviyyəyə hələ gəlməyib. Biz onu dünya futbol bazarına çıxara bilərik”.

“Fatih Karagümrük” Əmrəni İspaniyanın “Selta” klubundan icarəyə götürüb.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm Super Liqada 3 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası