Bölgə klubunda böyük hədəf, sual doğuran transfer siyasəti

17:00 Turan 237
Bölgə klubunda böyük hədəf, sual doğuran transfer siyasəti

"Turan Tovuz" bu mövsüm də eyni hədəflə yola çıxacaq.

Məqsəd çempion olmaq, ən pis halda çempionluq mübarizəsində sona qədər qalmaqdır.

Bir klubun iddialı olması, hədəfini böyük tutması normaldır.

Bəs reallıq?

Futbolda hədəfə çatmaq üçün transfer bazarında effektiv olmaq həyati əhəmiyyətlidir.

Burada isə vəziyyət ürəkaçan deyil.

4 oyunçu ilə yolları ayıran region komandası əvəzində 5 yeni transferlə yadda qalıb.

Aşağı-yuxarı gedənlərlə gələnlərin sayı eynidir.

Kəmiyyət fərqi yoxdur.

Bəs keyfiyyət?

Təbii ki, bunu zaman daha yaxşı göstərəcək.

Amma kağız üzərində burada da ciddi fərq olduğunu demək olmaz.

Gələnlərdən yalnız Dioqo Balau ön xətt oyunçusudur.

"Şamaxı"dan tanıdığımız yarımmüdafiəçi çempionluq hədəfi üçün ciddi transfer hesab oluna bilməz. Ortabab klubları gücləndirəcək potensialı ola bilər, amma çempionluq yolunda açar oyunçu olmaq keyfiyyəti çətin olsun.

Digər tanış sima Rahil Məmmədovdur. Stoper karyerasının əla dövrünü keçirmir. Burada digər önəmli detal odur ki, Rahilin yer aldığı mövqedə problem yoxdur. "Turan"ın ən bərk zonası arxa xətdir.

Qəribəsi odur ki, digər transferlər də məhz müdafiə zonasında çıxış edirlər.

"Turan Tovuz"un ötən mövsümün gedişində olduğu kimi, yay təlim-məşq toplanışındakı sınaq matçlarında da ən böyük problemi qol vurmaqla bağlıdır.

Həlli istiqamətində ciddi addım atılmayıb.

Belədə hansı çempionluq danışmaq olar?

Qısası, bölgə klubunun yay transfer fəaliyyətinə baxanda səslənən vədin reallıqla uzlaşmadığını görürük.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı