"Hamımız məyusuq, amma..."

20 İyun 19:20 Türkiyə 214
"Hamımız məyusuq, amma..."

"Qarşıda daha bir oyunumuz var və bu matça tam hazır olmalıyıq. Qrupu 3-cü pillətə başa vurmaq üçün əlimizdən gələni etməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Mert Müldür İsveçrəyə qarşı AVRO-2020-nin A qrupunun III tur matçı barədə danışarkən deyib.

22 yaşlı müdafiəçi görüşün çətin keçəcəyini bildirib: "Hamımız məyusuq, amma toparlanmaq lazımdır. Bu oyun bizim üçün önəmlidir. Ümid edirəm ki, qələbə qazanacağıq".

İtaliyanın "Sassuolo" klubunda çıxış edən oyunçunun sözlərinə görə, qrupdakı 2 qarşılaşmanın Bakıda olması komandası üçün müsbət amildir:

"Azərbaycan xalqı bizi tək qoymadı. Hər zaman yanımızda oldu. Fanatların tribunaya qayıtması bizi sevindirir.

Həm türkiyəli, həm də azərbaycanlı tərəfdarlar daim bizə dəstək oldular. Onlara təşəkkür edirəm. İnanıram ki, nəticələrimiz yaxşı olmasa da, bizi dəstəkləyəcəklər. Komandaya inamlarını itirməsinlər".

2 turdan sonra xalsız olan Türkiyə millisi A qrupunda sonuncu pillədə qərarlaşıb. "Ay-ulduzlular" qrupdakı son matçını iyunun 20-də Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Görüş saat 20:00-da başlayacaq.

Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ