Çempionluq savaşında real iddiaçı - Dəyişən və bəyənilən nədir?

15:15 Turan 53
Çempionluq savaşında real iddiaçı - Dəyişən və bəyənilən nədir?

Çempionluğa iddialı üç rəqiblə dueldən 7 xalla ayrılan «Turan Tovuz»ı artıq bu siyahıdan kənarda tutmayın.

Kurban Berdiyev həm özünü düzəldib, həm də komandasını.

«Neftçi» ilə pis oynamayan, «Sabah»ı möhtəşəm futbolu ilə üstələyən «Turan»ın «Qarabağ»ı udması turnir cədvəlinin üst sıralarında sıxlıq yaratdı.

Meydan bundan sonra daha da qızışacaq və «Turan» da bu yarışmanın ortasında yer alacaq.

Dəyişən və bəyənilən nədir? Berdiyev üç həftədir komandasından sırf praqmatik oynamağı tələb etmir.

Bu, mühüm yenilikdir. Ölkəmizdə keçirdiyi üçüncü mövsümdə ilk dəfə yanaşmasını dəyişən rusiyalının manevri xoşagələndir.

«Turan»ın yüksələn oyun ritmində İbrahima Vadji amili birincidir. Berdiyev seneqallını hücumun mərkəzində deyil, sağ cinahında oynadır.

Vadji bu mövqedə özünü suda balıq kimi hiss edir. Top onun zonasına gəldiyində və önü açıq olduğunda, hədsiz təhlükəlidir o.

Özü qol vurmasa da, məhsuldar ötürmə verməyə paxıllıq eləmir.

Vadji keçmiş komandasıyla qarşılaşmada da «Turan»ın iki ən yaxşı oyunçusundan biri idi. Oleq Baklovla bərabər.

Tacikistanlı qapıçı qurtarışlarıyla qonaqların canını rahatladısa, afrikalı sürəti, vuruşu və paslarıyla tovuzlu azarkeşlərin alqışını qazandı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə