“Qarabağ” kimi komandaları məğlub etmək bizim üçün çox vacibdir"

02:30 Turan 45
“Qarabağ” kimi komandaları məğlub etmək bizim üçün çox vacibdir"

“Belə komandaları məğlub etmək bizim üçün çox vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu “Turan Tovuz”un futbolçusu Xorxe Silva Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Portuqaliyalı müdafiəçi rəqibin güclü olduğunu və komandasının müdafiədə yaxşı oynadığını bildirib:

“Çox çətin rəqib idi. Düşünürəm ki, yaxşı müdafiə olunduq və hər fürsətdə əks-hücumlara çıxmağa çalışdıq.

Komandanın göstərdiyi oyundan qürur duyuram. Ümid edirəm ki, bu cür davam edəcəyik”.

Futbolçu qələbənin komanda üçün əhəmiyyətindən də danışıb:

“Belə komandaları məğlub etmək bizim üçün çox vacibdir. Bununla sübut edirik ki, biz də çempionatın ən yaxşı komandaları arasındayıq. Bu baxımdan qələbə bizim üçün böyük əhəmiyyət daşıyır”.

Xorxe Silva növbəti oyunlara da motivasiyalı çıxacaqlarını vurğulayıb:

“Biz hər oyuna motivasiyalı çıxırıq. İndi qarşılaşmaları bir-bir düşünəcəyik. Mövsümün sonunda isə yekun nəticəyə baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə