"Turan Tovuz" növbəti mövsüm öncəsi 4 nəfərlə yollarını ayırıb.
Şəhriyar Əliyev, Tural Bayramlı və Sergey Samok əsas heyətə düşmək uğrunda rəqabətit uduzduğu üçün düşərgədən kənarda qalıb.
"Qara siyahı"da adı dördüncü olan Filip Ozobiçin gedişinə səbəb isə tam başqadır. Xorvatiyalı yarımmüdafiəçi rəhbərliyin qəzəbinə tuş gəldiyi üçün müqaviləsinin müddəti uzadılmayıb.
Ötən ilin yayında "Neftçi"dən bura gəlmiş 36 yaşlı balkanlı nə edib? Sən demə, o, mövsümün ikinci yarısında klub rəsmilərinin əleyhinə "aksiya" təşkil eləyib.
Vaxtilə "Qəbələ" və "Qarabağ"ın da şərəfini qorumuş orta sahə oyunçusu bir qrup legioneri öz başına toplayaraq, Kurban Berdiyevin qapısını döyüb. Ozobiç onlarından adından mükafat fondunun yenidən artırılmasını tələb eləyib.
İdarə Heyətinin sədri Ehtiram Quliyevin qələbəyə görə komandaya ayırdığı vəsaitin azlığından şikayətlənən xorvat baş məşqçiyə bildirib ki, daha "Turan"da yaxşı pul qazanmırlar, gərək o, vəziyyətə təsir etsin.
Rusiyalı çalışdırıcı da öz növbəsində narazı futbolçuların sözünü yönətimə çatdırıb. Belədə Quliyev Ozobiçin "qələmini qırıb".
O, Premyer Liqada 2025/2026-cı illər mövsümündə komandanın heyətində 27 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

