Premyer Liqa təmsilçisi keçmiş “Qarabağ”lı hücumçu ilə danışıq aparır

17 İyul 20:40 Turan 4 313
Premyer Liqa təmsilçisi keçmiş “Qarabağ”lı hücumçu ilə danışıq aparır

Ovusu Kvabena Azərbaycana qayıda bilər.

“Qarabağ”ın sabiq hücumçusu Premyer Liqa təmsilçisinin maraq dairəsindədir.

Söhbət növbəti mövsümdə çempionluq iddiasını ortaya qoyacaq “Turan Tovuz”dan gedir.

Ovusunu yaxından tanıyan klub rəsmiləri onun barədə məlumatları baş məşqçi Kurban Berdıyevə təqdim edib. Türkmənistanlı mütəxəssis 29 yaşlı qanalını sərəncamında görməkdən məmnun qalacağını bildirib.

Son olaraq “Sakaryaspor”un şərəfini qorumuş Kvabena hazırda azad agent statusuna malikdir.

Karyerasını Azərbaycanda davam etdirməyə “yox” demir. Sadəcə futbolçunun maliyyə şərtlərini qarşılamaq lazımdır. Əsas məsələ də budur.

Bölgə klubunun rəsmiləri onunla ortaq məxrəcə gəlmək üçün danışıqları davam etdirir.

Ovusu Kvabena karyerası ərzində İspaniya, Türkiyə, Azərbaycan, Macarıstan və İsrail klublarının şərəfini qoruyub.

“Qarabağ”ın heyətində bütün turnirlərdə 78 dəfə şans qazanmaqla 19 qol vurub, 7 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!