Müavin vəzifəsinə gətirilən prezident Premyer Liqa klubuna milyondar ayıracaq, yoxsa..?

15:00 Turan 165
Müavin vəzifəsinə gətirilən prezident Premyer Liqa klubuna milyondar ayıracaq, yoxsa..?

"Turan Tovuz" FK-da yeni təyinat baş tutub.

Həsən Zeynalov İdarə Heyəti sədri Ehtiram Quliyevin birinci müavini vəzifəsinə gətirilib.

Həsən Zeynalov ötən mövsüm ölkə çempionu olan "Turan" Voleybol Klubunun prezidentidir.

Bu, elə-belə təyinat deyil. Zeynalov indən belə "Turan Tovuz"un fəaliyyətində yaxından, birbaşa iştirak edəcək. Sözü və puluyla.

O, Tovuzda kifayət qədər tanınan təminatlı bir ailənin nümayəndəsidir. Kifayət qədər imkanlı şəxs sayılır.

Sosial şəbəkələrdə yayılan xəbərlərdə iddia olunur ki, H.Zeynalov gələn mövsüm üçün kluba 3 milyon manatdan artıq vəsait ayırıb. Həmin məbləğin yeni transfer əməliyyatlarına sərf ediləcəyi bildirilir.

Bəli, H.Zeynalov maliyyə məsələlərində Ehtiram Quliyevin əlindən tutacaq. Biz bu barədə klubdan müəyyən bilgilər əldə etmişik.

Redaksityamsıa daxil olan informasiyaya görə, onun ilk sezonda xərcləyəcəyi pul deyilən rəqəmdən dəfələrlə azdır.

Amma ola bilər ki, növbəti illərdə yarıdm paketinin miqdarını artırsın. Hər halda bütün bunlar "Turan Tovuz"un qazanacağı nəticələrdən asılıdır.

Həsən Zeynalov klubun həyatında iştirak edən yeganə fərd olmayacaq. Daha 6-7 nəfər var ki, onlar da Ehtiram Quliyevə maddi dəstək verməyə hazırlaşıb.

Hamısı rayona bağlı şəxslərdir. Kimisi dövlət məmuru, kimisi bihnesmendir.

Bir növ, "Turan Tovuz" ətrafında koalisiya yaradılması üzərində ciddi iş gedir. Tovuzun rəsmi və iş dünyasına aid simaları klubun iqtisadi dayaqlarını gücləndirmək naminə birləşib.

SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama