Bu il Premyer Liqanın bürünc medallarını qazanan, amma avrokuboklara buraxılmayan «Turan Tovuz» böyük transferə hazırlıq görür.
Klubdan əldə etdiyimiz məlumata görə, İspaniya La Liqasında forma geyinən futbolçu ilə danışıqlar başlayıb.
Kurban Berdiyevin xidmətində maraqlı olduğu oyunçu yarımmüdafiə mövqeyində çıxış edir.
Onun istədiyi illik maaş 500 min avrodan yüksəkdir. Qərb təmsilçisi qiymət məsələsində bir qədər güzəştə nail olsa, keçid rəsmiyyət qazanacaq.
Tovuz klubu yay transfer dövrünün geridə qalan 1 ayı ərzində hələlik 2 transfer reallaşdırıb. "Şamaxı"dan portuqaliyalı yarımmüdafiəçi Dioqo Balau və "Rubin"dən rusiyalı qapıçı Aleksey Kenyaykin düşərgəyə cəlb olunub.
Gedənlərin sayı isə 4-dür. Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı və Sergey Samokla vidalaşıblar.
SPORTİNFO.AZ

