İlk dəfə ölkəsini tərk etdi, 2 il Azərbaycanda qalmağa RAZILAŞDI

5 İyul 00:40 Turan 3 237
İlk dəfə ölkəsini tərk etdi, 2 il Azərbaycanda qalmağa RAZILAŞDI

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi rusiyalı qapıçı Aleksey Kenyaykini heyətinə qatıb. Onunla 2 illik müqavilə bağlanıb.

Məlumata görə, 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq.

199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

"Turan Tovuz" daha öncə "Şamaxı"dan Dioqo Balaunu komandaya cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!