“Turan Tovuz”un başqanının uzaqgörənliyi – Görün, nə edib

21:20 Turan 337
“Turan Tovuz”un başqanının uzaqgörənliyi – Görün, nə edib

“Turan Tovuz”un Konfrans Liqasında iştirakdan məhrum olması təkcə mənəvi yox, həm də maddi yüklənməyə səbəb oldu.

Komandanın avrokuboklarda çıxış etməsi kluba əlavə vəsait qazandıra bilərdi. Konfrans Liqasında mərhələlərin keçilməsi ilə büdcə xeyli artacaqdı.

Daha bir maraqlı məqam bölgə təmsilçisinin yay toplanışına ayırdığı pul oldu ki, bu, kənardan “Turan Tovuz”un ikiqat xərcə düşdüyü kimi görünürdü.

Sən demə, klubun rəhbərli Ehtiram Quliyev əlavə israfdan qaçmaq üçün vaxtında ağıllı tərpənib.

Belə ki, iyunun 14-də Ankarada start verilən hazırlıq mərhələsindən əvvəl toplanışı təşkil edən şirkətlə klub rəhbərliyi arasında razılıq əldə olunub.

Klubdan türkiyəli təşkilatçılara bildirilib ki, “Turan Tovuz”un avrokuboklardakı aqibəti bilinmir. İşimizi ehtiyatlı tutmaq üçün ayın 14-dən etibarən Qızılcahamamda məşqlərə başlayacağıq. İdman Arbitraj Məhəkəməsi xeyrimizə qərar çıxarsa, toplanış nəzərdə tutulan plan üzrə davam edəcək.

Yox, məhkəmə UEFA-nın sanksiyasını qüvvədə saxlasa, o zaman toplanışı yarımçıq saxlayıb, prosesə iyulda davam edəcəyik. Təşkilatçılar razılaşıb, tərəflər əl sıxıb halallaşıblar.

İdman Arbitraj Məhəkəməsinin qərarından dərhal sonra “Turan Tovuz” cəmi iki gün məskunlaşdığı oteli tərk edib. Klubdan otel rəhbərliyinə hazırlıq mərhələsinin iyulun 3-də davam etdiriləcəyinə dair xəbərdarlıq edilib.

Yəni buna görə bir manat də olsun, əlavə pul ödənilməyəcək. Daha öncə hansı qiymətə və hansı şərtlərlə danışıq olubsa, o formada davam ediləcək.

Tovuz təmsilçisi yalnız biletlərin alınmasından və dəyişdirilməsindən ziyan görüb. Bu da şişirdiləcək məbləğ deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti