Seneqallı forvard Azərbaycanda qaldı - 1+1 illik yeni sözləşmə

00:40 Turan 104
Seneqallı forvard Azərbaycanda qaldı - 1+1 illik yeni sözləşmə

"Turan Tovuz" İbrahima Vadji ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı seneqallı hücumçunun yeni sözləşməsi 1+1 illikdir.

İbrahima Vadji ötən ilin iyul ayından "Turan Tovuz"da çıxış edir. O, Tovuz təmsilçisində 30 oyuna 4 qol vurub, 2 qol ötürməsi edib.

Vadji 2021-2022-ci illərdə "Qarabağ"da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!