Mövsmün bürünc medallarını qazanan “Turan Tovuz” o sevinci uzun müddət və ürəkdolusu yaşaya bilmədi.
32 il sonra avrokuboklarda oynamaq haqqı qazanan Tovuz klubuna UEFA-dan gələn qəfil qərarla zəırbə vuruldu.
Komanda hələ I Divizionda oynayanda - 2018-2019-cu illər mövsümündə 7 futbolçusu oyun alqı satqısında təqsirkar bilinərək, ömürlük futboldan uzalqlaşdırılıb.
Klubun özünə isə 10 il avrokuboklarda iştirak qadağası qoyulub. Amma Azərbaycan futbolunda 2-3 nəfərdən başqa bundan kimsənin xəbəri olmayıb.
Kimdir həmin 2-3 nəfər? 2019-cu ildə AFFA-nın və “Turan Tovuz” rəhbərliyində oturanlar.
UEFA-dan cəza ilə bağlı məktub həm AFFA-ya, həm “Turan Tovuz”a gəlib.
O vaxt AFFA-da Elxan Məmmədov Azərbaycan futbolunu sökməklə məşğul idi, “Turan Tovuz”da da onun göndərdiyi kadrlar söz sahibi idi.
“10 ilə ya xan ölər, ya eşşək” məsəlində olduğu kimi: nə Elxan Məmmədov özündən sonra AFFA-ya gələnlərə bu barədə deyib, nə də “Turan Tovuz”un ozamankı rəhbəriyi klubu Ehtiram Quliyevə təhvil verəndə məlumat verib.
İndi Ehtiram Quliyevin vəziyyətni təsəvvür edin - adam heç bir fayda görmədiyi futbola malını, pulunu xərcləyib, transferlər edib,
Kurban Berdiyevi gətirib, 32 il sonra doğma rayonuna avrokubok həyəcanını yaşatmaq istəyib, birdən-birə UEFAdan belə bir qərar.
Sadəcə, çox heyif bu insanın əziyyətinə! Elxan Məmmədov 4 ildir Azərbaycandan getsə də, bizim futboldakı izləri silinmir, getmir.
Onun dövründən qalma problemlər hələ başımızı çox ağrıdacaq. “Turan Tovuz” son ümidini İdman Arbirtaj Məhlkəməsinə bağlamışdı.
Əgər onlar Tovuz klubunun UEFA-nın qərarından appelyasiyasını təmin etsəydilər, hər şey öz axarıyla gedəcəkdi. Bütöv bir klubun bir mövsümlük əziyyəti kimlərinsə nadürüstlüyü ucbatından yerə vuruldu.
Kurban Berdiyevin gözəgəlimli futbol oynatmadığını biz onun “Rubin”dəki dövründən bilirik. Berdiyev həm də nəticəyə oynayan, praqmatik məşqçi kimi tanınır.
Azarkeşlər bəzən onu göylərə qaldırıb, bəzən asıb-kəssələr də, mövsümün sonunda baş məşqçi olaraq qarşıya qoyulan məqsədə çatdı.
Berdiyevin komandasını Avropada da görmək maraqlı olacaqdı.
İlkin Fikrətoğlu

