Berdıyev transferində israr etdi, sonra topa həsrət qoydu - QƏRİBƏ OLAY

19:00 Turan 407
Berdıyev transferində israr etdi, sonra topa həsrət qoydu - QƏRİBƏ OLAY

Yay fasiləsində "Turan Tovuz"u tərk edənlər arasında Tural Bayramlı da yer aldı.

28 yaşlı futbolçunun bölgə klubuna keçidinin qəribə tarixçisi var.

İşin maraqlı tərəfi odur ki, Turalı Kurban Berdıyev israrla sərəncamında görmək istəmişdi.

Hələ təyinatı rəsmi açıqlanmayan təcrübəli mütəxəssis "Turan Tovuz"un oyunları ilə bərabər, digər matçları da izləyib, gələcəklə bağlı plan qururmuş.

İzlədiyi oyunlar arasında yer alan "Sabah" - "Səbail" görüşündə Bayramov onun diqqətini çəkib.

Bir neçə epizodda uğurlu keçidlər edən futbolçunun sərbəst olduğunu eşidincə "vaxt itirmədən onu heyətə cəlb edin" tapşırığı verib.

Gənclər millimizin sabiq oyunçusu ilə 2 illik müqavilə imzalanaraq tapşırıq qısa müddətdə yerinə yetirilib.

İşin qəribə tərəfi odur ki, Berdıyev bu qədər inandığı, güvəndiyi, gözünü tutduğu, sərəncamında olmasını istədiyi futbolçuya doğru düzgün oynamaq imkanı vermədi.

Turalı bu mövsüm Premyer Liqada 1 oyunda belə meydanda görmədik.

Ümumilikdə isə iki mövsümdə vur-tut 10 qarşılaşmada 495 dəqiqə forma şansı alıb.

Belədə haqlı sual yaranır - Ay Berdıyev, Bayramovu israrla gətirmək nə idi, onu bu şəkildə topa həsrət qoymaq nə idi?

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti