"Turan Tovuz" əla mövsüm keçirdi. Nəticədə 32 ildən sonra medalçılar sırasına düşməklə avrokuboklara vəsiqə qazandı.
Özü də sona həftələr qalmış.
Amma UEFA-dan gələn qadağa tovuzlu fanatların kefinə soğan doğradı.
Yerli azarkeşlər narahatdır.
Ki, bundan sonrası "Turan Tovuz" üçün necə olacaq?
Klubda gedən proseslər və əldə etdiyimiz məlumatlar göstərir ki, UEFA-nın qadağası daşları yerindən tərpədib.
Bıçaq vursan heç kimdən qan çıxmaz.
Ancaq "Turan" rəhbərliyi təslim olmaq, işdən əlini soyutmaq fikrində deyil.
İşçi heyətinə yeni mövsümə iki qat əzmlə çalışmaq tapşırığı verilib.
Əsas heyət aşağı-yuxarı bütünlüklə qorunacaq.
Güclənmək yolunda yeni transferlər yoldadır.
Yazdıqlarımız hazırda "Turan" ətrafında gedən proseslərdir.
Təbii ki, başverənlərin yaratdığı ağır travmanı kollektivin necə arxada qoyub-qoymadığına mövsümün gedişində əyani şahid olacağıq.
XANOĞLAN / SPORTİNFO.AZ

