Böyük ümidlərlə gətirildi, “Turan”ın başına bəla oldu!

21:20 Turan 299
Böyük ümidlərlə gətirildi, “Turan”ın başına bəla oldu!

David Tavareş...

"Turan Tovuz"un canını heç cür qurtara bilmədiyi adların başında gələn əcnəbi.

Kabo-Verde millisinin sabiq üzvü böyük ümidlərlə bölgə klubuna gətirilmişdi.

Əbəs deyil ki, 29 yaşlı legionerlə uzunmüddətli - 3 illik anlaşma imzalanmışdı.

Klub məhz həmin müqavilənin əziyyətini çəkir.

Zədədən əziyyət çəkən orta sahə oyunçusu bu səbəbdən mövsümü boşa verdi.

Keçirdiyi 6 görüşdə vur-tut cəmi 75 dəqiqə meydanda ola bilib.

Bu müddətdə ciddi heç nə ilə yadda qalmayan Tavareşin yeni mövsümə tam hazır olacağı da sual olaraq qalır.

Belədə yolların ayrılması ən ideal yoldur.

Amma yüksək təzminat tələbi klub rəhbərliyinin geriyə addım atmasına səbəb olub.

Qarşılıqlı razılıqla yolların ayrılması istəyi bir nəticə vermir.

Belədə tovuzlular hələ daha iki mövsüm ona dözmək məcburiyyətindədir.

Afrikalı oyunçu Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib.

Futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti