“Turan” millinin oyunçusuna istədiyi maaşı vermir, o da qalmır

16:40 Turan 296
“Turan” millinin oyunçusuna istədiyi maaşı vermir, o da qalmır

Millinin yarımmüdafiəçisi Ayxan Hüseynovun karyerasını «Turan Tovuz»da davam etdirmək ehtimalı minimuma enib.

Maliyyə şərtləri arasında mövqelər üst-stə düşməyib.

Dörd ildir qərb təmsilçisinin formasını geynən oyunçu aylıq maaşının 8000 manatdan 25 minə qaldırılmasını tələb eləyib.

«Bozqurdlar»ın ödəmək istədiyi məvacib isə 12 min manatı keçmir. Odur ki, müqavilə müddətinin uzadılmayacağı demək olar dəqiqdir.

Bu arada Hüseynova yeni rəsmi təklif gəlib. Budəfəki dəvət Türkiyədəndir.

Belə ki, «Vanspor» 26 yaşlı həmyerlimizə iddiasını ortaya qoyub. TFF I Liqada çıxış edən klub öz istəyi ilə həmyerlimizi tanış eləyib.

Çağırışın müddəti 2 illikdir. Hüseynovun Türkiyəyə yollanmaq ehtimalı indi daha yüksəkdir, nəinki Almaniyaya getməsi.

Çünki onun «Darmştadt»a keçidində durğunluq yaranıb. II Bundesliqa klubu Ayxana 2+1 illik müqavilə təklif edib, amma…

Maliyyə baxımından irəli sürülən şərtləri dəyişmək istəmirlər. I Bundesliqaya vəsiqə qazana bilməyən «Darmştadt» digər oyunçularla müqayisədə həmyerlimizə kifayət qədər aşağı məbləğ ödəmək niyyətindədir.

Ona görə də tərəflər arasında danışıqlar bir qədər dalana dirənib. Hüseynov onlardan, onlar da Hüseynovdan yekun cavab gözləyir.

Vəziyyət elədir ki, istənilən halda yaxın 1-2 həftə ərzində məsələyə nöqtə qoyulmalıdır. Almanlar maaşda artım etməsələr, Ayxan Türkiyə və Asiyadan olan təkliflərini dəyərləndirəcək.

Hələ növbədə Premyer Liqa təmsilçiləri də var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti