"Turan Tovuz" İbrahim Vadji ilə danışıqlar dalana dirənib.
Əcnəbi hücumçu maaşının aşağı salınmasına razılaşmır, klub da hazırkı şərtlər altında yola davam etməkdə maraqlı deyil.
Kurban Berdıyev isə legionerin qalmasını israrla istəyir.
Hər iki tərəfin özünə görə haqlı tərəfləri var.
Həqiqət isə tam başqadır.
Vadjiyə bugünkü gündə "Turan Tovuz" kimi klub göydəndüşmə hesab oluna bilər.
Amma uzunmüddətli zədədən sonra sabiq "Qarabağ"lı heç cür özünə gələ bilmir.
Əbəs deyil ki, 30 görüşdə cəmi 4 dəfə fərqlənə bilib.
Ən azı 2-3 dəfə bundan çox real qol imkanlarını sağa-sola xərcləyib.
Belə forvard "Turan Tovuz"un nəyinə lazımdır axı?
Berdıyevin israrına görə dəyməz onun dalınca düşməyə.
Maaşının azaldılması üçün dil tökmək yox, yolların ayrılması üçün yollar axtarmaq daha məqbul sayılmalıdır.
Hətta müəyyən qədər təzminat bahasına olsa belə.
XANOĞLAN / SPORTİNFO.AZ

