«Turan Tovuz»da bütün planlar alt-üst olub.
İdman Arbitraj Məhkəməsinin (CAS) klubu Konfrans Liqasına buraxmamaqla bağlı UEFA-nın qərarını qüvvədə saxlamasından sonra burada hər şey 180 dərəcə dəyişib.
15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək avrokuboklara vəsiqə qazanan “Turan Tovuz” Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.
İyunun 15-də təlim-məşq toplanışı keçmək üçün Ankaranın Qızılcahamam bölgəsinə yollanan komanda hazırlıq prosesini yarımçıq dayandırıb.
Qərb təmsilçisinin rəhbərliyi vətənə dönmək barədə qərar qəbul edib. Halbuki əvvəlki plana əsasən, kollektiv 14 iyul tarixinədək Türkiyədə toplanış keçməli idi.
Komanda iyulun 5-dək istirahətə buraxılıb.
CAS-ın qərarı əsasında Kurban Berdiyevin tərtib etdiyi hazırlıq proqramının pozulması «Turan Tovuz»u 150 min dollara yaxın ziyana salıb.
Türkiyəyə gediş-gəliş biletlərinin, otel və qida qiymətlərini, toplanış müddətini üst-üstə gəlsək, görərək ki, yolda batan vəsaitin həcmi nə qədər böyükdür.
SPORTİNFO.AZ

