Tovuzlu azarkeşlərin “canı yanır”: “Allah bəlanızı versin”

21:20 Turan 194
Tovuzlu azarkeşlərin “canı yanır”: “Allah bəlanızı versin”

“Turan Tovuz”un düşdüyü situasiyaya görə tovuzlu azarkeşlərin halına acımamaq olmur.

Mövsümboyu sevimli komandalarını avrokuboklara vəsiqə qazanmağa səsləyərək yekunda istəyinə çatan fanatlar indi yas içindədir.

UEFA-nın İntizam Komitəsi 2019-cu ildə yaşanan olayla bağlı təmsilçimizi bir avrokubok mövsümündən kənarlaşdırdığını bəyan edib.

İdman Arbitraj Məhkəməsinə edilən müraciətin xoş sonluqla bitəcəyini təxmin edənlər olsa da, qərar dəyişmədi.

Nəticədə “Turan Tovuz”un 1 il boyunca çəkdiyi əziyyət hədər getdi, “Zirə” isə Konfrans Liqasında bölgə komandasını əvəz etdi.

Məlum xəbər yayılandan bu yana tovuzlu futbolsevərlər dayanmaq bilmir. Klubun başına gələn hadisənin konkret günahkar(lar)ı ictimaiyyətə məlum olmasa da, fanatlar sosial şəbəkələrdə yazdıqları şərhlərlə alışıb-yanan canlarını soyutmağa çalışır.

Təhqirsiz yazılan rəylərin bir neçəsini təqdim edirik:

“Bizim haqqımızı yeyənlər, burnunuzdan gəlsin. Tovuz futbolunu yıxa bilməyəcəksiniz. İnşallah, gələn il komandamız bunun heyfini artıqlaması ilə çıxacaq”.

“Keçmiş olsun, “Turan Tovuz” ailəsi. İnşallah, daha güclü qayıdacağıq. Biz bu yola bütün haqsızlıqları göz önünə gətirərək çıxmışıq. UEFA ilə AFFA nə etsə də, biz bu yoldan dönməyəcəyik”.

“Bu, 2019-da yox, 2026-da verilmiş qərar idi. Məktub söhbəti-filan yox idi. Bəzi qüvvələr bu günü gözləyirdi ki, bu söhbəti UEFA-ya göndərsin”.

“Ehtiram Quliyev AFFA-nı məhkəməyə verib bütün xərclərinə təzminat tələb etsin. AFFA bir məktubu tapa bilmirsə, deməli, bunu qəsdən edir”.

“Ehtiram bəyin bəzi reallıqları danışmasının nəticəsidir bu. Heç bir rəhbərin danışmadıqlarını danışdı. AFFA-nın növbəti “əl işi”. Komandamızı fəxr edib, alqışlamaq lazımdır”.

“AFFA-nı görüm elə o itkin düşən məktubun gününə düşsün”.

“Kim ki, “Turan Tovuz”un və biz azarkeşlərin haqqına girdi, Allah onların cəzasını versin”.

“Hətta Avropada belə, “Turan”ın adından qorxurlar. İşbazlar!”

“Allah bu işdə əli olanların bəlasını versin. İnşallah, “Zirə” ilk mərhələdə uduzub qayıdar”.

“Deyirlər, haqq öz yerini tapır. Bu dəfə haqq öz yerini tapmadı”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti