Məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı dünən qərarını açıqlayıb.
Qurum UEFA Apelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.
15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.
Beləliklə, bu qərardan sonra 2026/27 mövsümündə “Neftçi” Azərbaycanı Konfrans Liqasının ikinci, “Zirə” isə birinci mərhələsində təmsil edəcək.
CAS-ın bu qərarı "Turan Tovuz"ın yay planlarını büsbütün korlayıb.
Üç gün öncə təlim-məşq toplanışı kesmək üçün Ankaranın Qızılcahamam bölgəsinə yollanan komanda bu gün hazırlıq prosesini yarımçıq dayandırıb.
Qərb təmsilçisinin rəhbərliyi vətənə dönmək barədə qərar qəbul edib. Halbuki əvvəlki plana əsasən, kollektiv 14 iyul tarixinədək Türkiyədə toplanış keçməli idi.
SPORTİNFO.AZ

