“Turan Tovuz” CAS-ın cavabını gözləməyə ehtiyac duymadı

20:00 Turan 774
“Turan Tovuz” CAS-ın cavabını gözləməyə ehtiyac duymadı

Konfrans Liqasında iştirak etməli olan “Turan Tovuz” yay hazırlığına başlayır.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi təlim-məşq toplanışına sabah Türkiyədə start verəcək.

İlk toplanış Ankaranın Qızılcahamam qəsəbəsində, ikinci hazırlıq mərhələsi Boluda keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev əvvəldən nəzərdə tutulmuş plana uyğun olaraq komandanın yığışmasını istəyib.

Əlbəttə, bu, bir qədər qəribə görünür. Çünki UEFA-nın “Turan Tovuz” barədə çıxardığı sanksiyadan sonra klub məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Və bu günə şikayətin təmin olunub-olunmayacağı bilinmir.

Belə olduğu halda Tovuz təmsilçisinin çempionatın startından təxminən səkkiz həftə yığışması futbolçuların fiziki və psixoloji hazırlığında ciddi fəsadlara yol aça bilər. Yay hazırlıqlarının adətən altı həftəlik tsiklı əhatə etdiyini nəzərə almalıyıq.

“Turan Tovuz”da hər kəs CAS-ın klubun xeyrinə qərar verəcəyinə inanır. Buna görə də kollektivdə zaman itirmək istəmədən toplanışında əvvəldən qurulan plana görə başlayıb.

Yox, Avropadan gələn cavab müsbət olmasa belə, təcrübəli Berdıyev bunun çarəsini tapacaq. Yəqin ki, komanda üzvlərinə iyulda 8-10 günlük əlavə istirahət imkanı yaradacaq.

Maraq üçün bildirək ki, 2019-cu ildə “Turan Tovuz”un 7 futbolçusu danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılıb.

Kluba isə yaxın 10 ildə bir avrokubok mövsümündə iştirak etmıək qadağası qoyulub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti